Azərbaycan yanvar-iyulda 19 ölkəyə 14,5 milyon ton neft ixrac edib

2025-ci ilin yanvar-iyulunda Azərbaycan 19 ölkəyə 14,47 milyon ton həcmində xam neft ixrac edib. Bu barədə Dövlət Gömrük Komitəsi cümə axşamı məlumat yayıb.
Bu dövr ərzində İtaliya ən böyük alıcı olub. Bu ölkəyə dəyəri 4,42 milyard ABŞ dollar olan 8,43 milyon ton neft ixrac edilib.
Digər əsas idxalçılar Çexiya (1,03 milyon ton, 547 milyon dollar), Xorvatiya (828 min ton, 451 milyon dollar), Portuqaliya (714 min ton, 385 milyon dollar) və Rumıniya (686 min ton, 378 milyon dollar) tutub.
Ümumilikdə 19 ölkəyə neft ixrac edilib.
N.Təbrizli