Azərbaycan qazınınTANAP ilə nəqlinin həcmi açıqlanıb

Bu günə qədər Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Azərbaycandan 34,18 milyard kubmetri Türkiyəyə, 49,18 milyard kubmetri isə Avropaya qaz çatdırılıb. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə “SOCAR Türkiye” şirkəti məlumat yayıb.
Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir və 2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.
Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.
Aytac Zeynalova