• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il Azərbaycanın ən çox mal ixrac etdiyi ölkələr

Bu il Azərbaycanın ən çox mal ixrac etdiyi ölkələr
28.05.2020 21:57

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan 21 mlrd. 993 mln. 246 min dollar məbləğində mal ixrac edib.

Bu göstəricinin 76%-i isə 10 ölkəyə ixracın payına düşüb.

ANN.Az Dövlət Gömrük Komitəsinə istinadən ən çox ticarət əməliyyatı aparılan ölkələrin siyahısını təqdim edir.

Beləliklə, hesabat dövründə Azərbaycanın ən çox mal ixrac etdiyi ölkə İtaliya olub.

Bu ölkəyə Azərbaycan 5 mlrd. 348 mln. 542 min dollar məbləğində mal ixrac edib ki, bu da ümumi ixracın 24%-ni təşkil edib.

Azərbaycanın ən çox mal ixrac etdiyi ikinci ölkə olan İndoneziyaya 2 mlrd. 730 mln. 271 min dollar məbləğində mal ixrac edib.

İndoneziyaya ixrac olunan malın həcmi ümumi ixracın 12%-ni təşkil edib.

Azərbaycanın hesabat dövründə üçüncü ən çox mal ixrac etdiyi ölkə Tailand olub.

Bu ölkəyə ixrac olunan malın həcmi 1 mlrd. 665 mln. 485 min dollar təşkil edib ki, bu da ümumi ixracın 7%-ni tutub.

Hesabat dövründə növbəti ən çox mal ixrac olunan ölkə Almaniyaya ixrac olunan malın həcmi 1 mlrd. 146 mln. 909 min dollar olub.

Azərbaycanın ixracında əsas ölkələrdən olan İsrailə ixracın həcmi 1 mlrd.142 mln. 462 min dollar təşkil edib.

İlin 11 ayında Azərbaycanın əsas ixracında altıncı yeri tutan Fransaya ixracın həcmi 1 mlrd. 065 mln. 793 min dollar olub.

Hesabat dövründə Azərbaycanın şimal qonşusu Rusiya Federasiyasına ixrac etdiyi malın həcmi 1 mlrd. 012 mln.071 min dollar təşkil edib.

Azərbaycanın ixracatında səkkizinci ölkə olan Hindistana ixracın həcmi 983 mln. 861 min dollar olub.

Yanvar-noyabr aylarında Azərbaycanın mal ixrac etdiyi doqquzuncu ölkə Amerika Birləşmiş Ştatları olub.

Bu ölkəyə ixrac oluna  malın həcmi isə 878 mln. 488 min dollar təşkil edib. Azərbaycanın ən çox mal ixrac etdiyi onuncu ölkə Yunanıstana ixrac etdiyi malın həcmi  745 mln. 895 min dollar təşkil edib.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol