Sumqayıtda zavodda yanğın olub

Sumqayıt şəhəri ərazisində karton məmulatlarının istehsalı zavodunda yanğın baş verib.Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilir ki, hadisə ilə bağlı FHN-nin “112” qaynar telefon xəttinə məlumat daxil olub və əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub:
“Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində zavodun həyətində baş vermiş yanğın genişlənməsinə, o cümlədən zavod binasına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində zavodun ərazisində 1800 kv.m sahədə yığılmış karton tullantıları 450 kv.m sahədə yanıb.
Zavodun binası və ətraf ərazilər yanğından mühafizə olunub”.