"Azeri Light" neftinin qiyməti artaraq 71,25 dollar olub

Dünya bazarlarında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,71 ABŞ dolları və ya 1% artaraq 71,25 ABŞ dollarına çatıb.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" neftinin bir bareli 0,70 ABŞ dolları və ya 1,01% bahalaşaraq 69,76 ABŞ dolları təşkil edib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin oktyabr fyuçerslərinin qiyməti 69,43 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Azərbaycanın 2025-ci il dövlət büdcəsində neftin orta qiyməti bir barel üçün 70 ABŞ dolları nəzərdə tutulub.
"Azeri Light" markalı neftin tarixdə ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək göstəricisi isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.
Azərbaycan neftinin əsas hissəsi "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil edilir. Hasilat üzrə müqavilədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 31,65% paya malikdir.
Gülnar
Son xəbərlər
Daha çox 