Azərbaycan dövlət sifarişi ilə 6 ayda 57,7 milyon manatlıq ərzaq alıb

Bu ilin ilk yarısında Azərbaycanda dövlət sifarişi ilə ümumilikdə 57,678 milyon manat dəyərində ərzaq məhsulları alınıb. Bu barədə məlumatı Kənd Təsərrüfatı Nazirliyi yayıb.
Nazirliyin açıqlamasına görə, yanvar-iyun aylarında həyata keçirilən satınalmalar nəticəsində dövlət vəsaitinə 3,2% həcmində qənaət edilib.
Hesabat dövründə 117 satınalan təşkilat, "Aqrar Tədarük və Təchizat" ASC-nin elektron portalı vasitəsilə 97 istehsalçı və satıcı ilə müqavilə bağlayaraq ümumilikdə 203 adda ərzaq məhsulu alıb.
Dövlət sifarişi ilə ərzaq təminatını mərkəzləşdirilmiş şəkildə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aqrar Tədarük və Təchizat" ASC həyata keçirir.
Son xəbərlər
Daha çox 