• $ 1.7
  • € 1.9879
  • ₽ 0.021122
  • ₺ 0.0413
  • £ 2.2997

Bir ekosistemində yeni mərhələ: Umico Bonus artıq Bir Bonus oldu


Bir ekosistemində yeni mərhələ: Umico Bonus artıq Bir Bonus oldu
03.09.2025 11:01

1 sentyabr 2025-ci il tarixində Qafqazın ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi Bir ekosistem ictimaiyyətə yeni loyallıq proqramını təqdim edib. İllərdir tanıdığımız Umico Bonus artıq böyük yeniliklər və daha böyük güclə Bir Bonus olaraq yoluna davam edəcək.  

Tədbir Bir ekosistemin Loyallıq Proqramı İdarəsinin baş direktoru Fərid İslamovun çıxışı ilə başlayıb. O qeyd edib ki: “Bu, sadəcə ad dəyişikliyi deyil, ekosistem brendlərinin və minlərlə tərəfdaşımızın gücünün eyni çətir altında birləşməsidir. Bir Bonus ekosistemin bütün brendlərini və minlərlə partnyorumuzu bir-birinə bağlayan dəyərli parçadır. Müştərilərimiz üçün isə bu unikal təcrübədir. Onlar tam rahatlıqla gündəlik əməliyyatlarından bonuslar qazanacaq və həm brendlərimizdə, həm də partnyorlarımızda bonuslarını rahatlıqla xərcləyə biləcəklər”. 

Ekosistemin Partnyor Şəbəkəsi Departamentinin direktoru Mahmud Mahmudov isə yeni sistemin həm müştərilər, həm də partnyorlar üçün daha çevik imkanlar təqdim etdiyini vurğulayıb. “Bir neçə ildir ki, biz müştərilərimizlə keşbek sistemi vasitəsilə dəyər yaradırdıq, amma görürük ki, yalnız keşbek modeli müştərilərin gözləntilərinə tam cavab vermir. Ona görə də biz daha geniş imkanlara malik, fərdi yanaşma və çeviklik təqdim edən bonus sisteminə keçid edirik. Bu sistem milyonlarla istifadəçiyə fərdi seçim imkanı verəcək və onların alış-veriş təcrübəsini daha maraqlı edəcək. Digər tərəfdən, partnyorlarımız artıq öz müştəri bazasına uyğun fərqli kampaniyalar yarada, müştəri davranışını daha dərindən, rahat izləyə biləcəklər”.  

Qeyd edək ki, Bir Bonus – Birbank, m10, Birmarket və digər ekosistem brendləri ilə yanaşı minlərlə tərəfdaşda istifadəçilərə bonus qazanmaq və onları asanlıqla xərcləmək imkanı yaradan vahid loyallıq proqramıdır. Bonusları BakıKart biletindən Trendyol sifarişinə, mobil balansdan Birmarket alış-verişinə qədər çox geniş imkanlarla istifadə etmək mümkündür. Bir ekosistemin yeni loyallıq proqramı Bir Bonus yaxın gələcəkdə də həm müştərilər, həm də partnyorlar üçün innovativ həllər və yeni imkanlar təqdim etməkdə davam edəcək.

Bir ekosistem ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.   

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
ABB müştərilər üçün AniPay inteqrasiyalı yeni
QR ödəniş həllini təqdim etdi!
İqtisadiyyat 13:21
ABB müştərilər üçün AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim etdi!

Bir ekosistemində yeni mərhələ: Umico Bonus artıq Bir Bonus oldu
İqtisadiyyat 11:01
Bir ekosistemində yeni mərhələ: Umico Bonus artıq Bir Bonus oldu
Azərbaycan dövlət sifarişi ilə 6 ayda 57,7 milyon manatlıq ərzaq alıb
İqtisadiyyat 10:52
Azərbaycan dövlət sifarişi ilə 6 ayda 57,7 milyon manatlıq ərzaq alıb
Bank Respublika-dan yeni mövsümə özəl sərfəli nağd kredit təklifi
İqtisadiyyat 10:47
Bank Respublika-dan yeni mövsümə özəl sərfəli nağd kredit təklifi
"Azeri Light" neftinin qiyməti artaraq 71,25 dollar olub
İqtisadiyyat 10:04
"Azeri Light" neftinin qiyməti artaraq 71,25 dollar olub
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:40
Avro və rubl ucuzlaşıb - Məzənnə
Yelo Bank-ın “Summer Challenge” yay təcrübə proqramı uğurla yekunlaşdı
İqtisadiyyat 17:07
Yelo Bank-ın “Summer Challenge” yay təcrübə proqramı uğurla yekunlaşdı
Azərbaycan Neft Fondundan büdcəyə transfertlər 13% artıb
İqtisadiyyat 15:09
Azərbaycan Neft Fondundan büdcəyə transfertlər 13% artıb
Azərbaycanın büdcə gəlirləri 8 ayda 26,4 mlrd manatı ötüb
İqtisadiyyat 15:05
Azərbaycanın büdcə gəlirləri 8 ayda 26,4 mlrd manatı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol