• $ 1.7
  • € 1.9888
  • ₽ 0.020028
  • ₺ 0.0412
  • £ 2.2995

Qara Dəniz Ticarət və İnkişaf Bankı Bank Respublika-ya 25 milyon manat məbləğində kredit ayırıb

Qara Dəniz Ticarət və İnkişaf Bankı Bank Respublika-ya 25 milyon manat məbləğində kredit ayırıb
12.09.2025 10:27

Azərbaycanın maliyyə sektorunda mühüm yer tutan və real sektorun inkişafına davamlı dəstək göstərən aparıcı maliyyə institutlarından biri olan Bank Respublika ilə regionun nüfuzlu beynəlxalq maliyyə qurumlarından olan Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) arasında yeni maliyyə sazişi imzalanmışdır.

 

Sazişə əsasən, beynəlxalq maliyyə qurumu Banka 3 il müddətinə 25 milyon manat məbləğində kredit ayıracaq və vəsait milli valyutada təqdim ediləcək.

 

Milli valyutada kreditləşmə kiçik və orta sahibkarlığın dəstəklənməsinin ən səmərəli yollarından biridir. Bu, sahibkarlara valyuta risklərinin yükü olmadan davamlı və inamlı şəkildə böyüməyə imkan yaradır. Bank Respublika ilə bu əməkdaşlıq yalnız tərəfdaşlığımızda yeni mərhələ deyil, həm də Azərbaycanın qeyri-neft iqtisadiyyatının gücləndirilməsi istiqamətində strateji addımdır. Birlikdə biz sahibkarlar üçün daha geniş imkanlar yaradır, innovasiyaları dəstəkləyir və uzunmüddətli iqtisadi dayanıqlığa töhfə veririk. BSTDB, ölkə üzrə dayanıqlı inkişaf və rifahı təşviq etməkdə Bank Respublika ilə yanaşı addımlamaqdan qürur duyur.”– deyə BSTDB prezidenti Dr. Serhat Köksal bildirib.

 

 “Bu vəsait “Bank Respublika”nın ölkə iqtisadiyyatında kiçik və orta sahibkarlığın (KOB) maliyyə imkanlarını genişləndirməklə onların dayanıqlı inkişafına,  qeyri-neft sektorunun gücləndirilməsi, yeni iş yerlərinin yaradılması və  yeni biznes təşəbbüslərinin dəstəklənməsinə xidmət edəcək. “Bank Respublika”nın geniş filial şəbəkəsi sayəsində cəlb olunmuş vəsait Azərbaycanın bütün regionlarında fəaliyyət göstərən sahibkarların dəstəklənməsinə şərait yaradacaqdır. Biz Qara Dəniz Ticarət və İnkişaf Bankına əməkdaşlığa görə təşəkkür edirik və əminik ki, cəlb olunan vəsaitlər real sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın kredit dəstəyini gücləndirməyə və bununla da ölkə iqtisadiyyatının inkişafına mühüm töhfə verəcək.” deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib



 

? Daha ətraflı məlumat üçün:
? Veb sayt: www.bankrespublika.az
? Sosial şəbəkələr:  ? Facebook| ? Instagram| ? LinkedIn      | ? Telegram
? Çağrı Mərkəzi: 144 


 

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sahibkarlar üçün rahat və çevik həll - Yelo Mobil POS
İqtisadiyyat 14:08
Sahibkarlar üçün rahat və çevik həll - Yelo Mobil POS
Azərbaycanda dizel yanacağının istehsalı 4 %-dən çox artıb
İqtisadiyyat 13:31
Azərbaycanda dizel yanacağının istehsalı 4 %-dən çox artıb
Azərbaycan əhalisinin gəlirləri 7 %-dən çox artıb
İqtisadiyyat 12:13
Azərbaycan əhalisinin gəlirləri 7 %-dən çox artıb

ING: 2025-2026-cı illərdə Azərbaycanda inflyasiya 5,3-5,5% səviyyəsində olacaq
İqtisadiyyat 10:35
ING: 2025-2026-cı illərdə Azərbaycanda inflyasiya 5,3-5,5% səviyyəsində olacaq
Qara Dəniz Ticarət və İnkişaf Bankı Bank Respublika-ya 25 milyon manat məbləğində kredit ayırıb
İqtisadiyyat 10:27
Qara Dəniz Ticarət və İnkişaf Bankı Bank Respublika-ya 25 milyon manat məbləğində kredit ayırıb

Azərbaycan neftinin qiyməti yenidən 68 dollara enib
İqtisadiyyat 09:47
Azərbaycan neftinin qiyməti yenidən 68 dollara enib
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:45
Bu günə olan məzənnə açıqlanıb
Unibankdan “Payız endirimi” mikro kredit kampaniyası- İstədiyini seç!
İqtisadiyyat 16:02
Unibankdan “Payız endirimi” mikro kredit kampaniyası- İstədiyini seç!
Naxçıvanın aqrar sektoru 1 %-dən çox kiçilib
İqtisadiyyat 15:29
Naxçıvanın aqrar sektoru 1 %-dən çox kiçilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol