Büdcə xərclərinin əsas hissəsi müdafiə və təhlükəsizlik sahəsinə yönəlib

2025-ci ilin yeddi ayında dövlət büdcəsi xərclərinin əsas hissəsini müdafiə və milli təhlükəsizlik sahəsinə yönəldib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu istiqamətdə xərclər ümumi büdcənin 21,9 faizini təşkil edib.
İqtisadi fəaliyyət 17,1 faizlə ikinci ən böyük xərc maddəsi olub. Təhsil (13,4 faiz) və sosial müdafiə ilə sosial təminat (13 faiz) da büdcədə əhəmiyyətli paya malikdir.
Ümumi dövlət xidmətlərinə 12,8 faiz, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarına isə 7,7 faiz ayrılıb. Səhiyyə xərcləri 4,1 faiz, kənd təsərrüfatı 3,3 faiz, əsas bölmələrə aid edilməyən xidmətlər isə 3,8 faiz təşkil edib.
Digər sahələr arasında mədəniyyət, incəsənət, informasiya və gənclər siyasəti 1,5 faiz, ətraf mühitin mühafizəsi 0,8 faiz, mənzil-kommunal təsərrüfatı isə 0,6 faizlə büdcədə daha kiçik pay alıb.
Beləliklə, 2025-ci ilin ilk yeddi ayında dövlət büdcəsində prioritet sahələr müdafiə, iqtisadi inkişaf və sosial yönümlü xərclər olub.
Gülnar
Son xəbərlər
Daha çox 