• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metropoliteninin iş rejimi dəyişə bilər

Bakı metropoliteninin iş rejimi dəyişə bilər
28.05.2020 21:58

Hərəkət xidmətinin rəisi: "Ehtiyac olarsa, metropoliten gecə saat 24:00-da yekunlaşan iş vaxtını bir qədər də uzada bilər"

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarında yanvarın 6-dək elan edilmiş istirahət günlərində Bakı metropoliteni xüsusi iş rejimində çalışacaq.

Hərəkət xidmətinin rəisi Hidayət Məmmədovdan aldığımız məlumata əsasən, sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədilə lazım olan bütün tədbirlər planı artıq hazırdır. Bu günlər üçün iş vaxtı və qatarların hərəkət cədvəli ilə bağlı məsələlər artıq həllini tapıb. Stansiyalarda növbətçilik sistemi də müvafiq tələblərə uyğun olaraq gücləndiriləcək.

ANN.Az-ın Bakı metropoliteninin saytına istinadla verdiyi məlumata görə, xüsusən dekabrın 31-də metropolitendə sərnişin tələbatından asılı olaraq, metropolitenin iş rejimində dəyişiklik də edilə bilər. Hidayət Məmmədov onu da diqqətə çatdırıb ki, artıq ehtiyat qatarların ayrılması ilə bağlı qərar da verilib. Ehtiyac olarsa, metropoliten gecə saat 24:00-da yekunlaşan iş vaxtını bir qədər də uzada bilər:

"Gücləndirilmiş iş rejiminə əsasən, bütün tədbirlər görülüb. Əsas vəzifəmiz sərnişinlərə nümunəvi xidmət etməkdir. Belə günlərdə metropoliten əhalinin bayram ovqatına dəstək olmaq üçün, həmişəki kimi, vəziyyətə uyğun hərəkət edəcək. Xüsusən dekabrın 31-də saat 24:00-dan sonra, yəni yanvarın 1-nə keçən gecə, tələbatdan asılı olaraq, iş vaxtı bir qədər uzadıla bilər. Sonrakı istirahət günlərində isə qatarların hərəkəti, ənənə üzrə, istirahət və bayram günlərinə uyğun təşkil ediləcək və işimizi sərnişin axını müəyyən edəcək. Həmin günlərdə də tələbat duyularsa, ehtiyat qatarların da xəttə buraxılması mümkündür və buna hazır olacağıq".

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol