Şəmkirdə HBI zavodu tikiləcək

Qazaxıstanın Fonte GreenMet Investments Fund şirkəti ilə müqavilə çərçivəsində Şəmkirdə illik 2 milyon ton gücündə isti briketlənmiş dəmir (HBI) zavodunun inşasına başlanacaq. Bunu “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Ceyhun Əliyev deyib.
O bildirib ki, obyektin 2029-cu ilin əvvəlində istismara verilməsi planlaşdırılır. Bu texnologiya – ənənəvi domna sobalarından fərqli olaraq karbon emissiyalarının 60%-dək azaldılmasını təmin edəcək.
Aytac

