SOCAR Bolqarıstandakı “Lukoil” neft emalı zavoduna maraq göstərir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bolqarıstanda yerləşən “Lukoil” neft emalı zavodunun alınmasında maraqlıdır. Bunu Trend agentliyinə etibarlı mənbə bildirib.
Məlumata görə, SOCAR Türkiyənin Cengiz Holding şirkəti ilə birlikdə Bursqas şəhərindəki zavodu almaq üçün konsorsium yaradıb.
Zavoda maraq göstərən digər potensial alıcılar sırasında beynəlxalq treyder Vitol, Macarıstanın MOL Group şirkəti, Qazaxıstanın milli neft şirkəti KazMunayGaz və Türkiyənin pensiya fondu OYAK da yer alır.
Son xəbərlər
Daha çox 