• $
  • €
  • ₽
  • ₺
  • £

Kobia rəhbəri: Françayzinq modeli yeni iş yerlərinin açılmasına təkan verəcək

Kobia rəhbəri: Françayzinq modeli yeni iş yerlərinin açılmasına təkan verəcək
30.10.2025 10:45

Françayzinq modeli Azərbaycanda sahibkarlığın inkişafı və məşğulluğun artırılması baxımından mühüm potensiala malikdir. Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

“Françayzinq modeli yeni bir düşüncə tərzidir və beynəlxalq təcrübəyə əsaslanır. Bu sistem yeni biznes yerlərinin açılmasına və iqtisadi fəaliyyətin canlanmasına şərait yaradacaq,” –  Məmmədov Avrasiya Françayzinq Forumunda qeyd edib.

O əlavə edib ki, KOBİA olaraq agentlik françayzinqin inkişafını, xüsusilə də yerli sahibkarların bu sahəyə qoşulmasını uğurlu iqtisadi sistem kimi qiymətləndirir.

Françayzinq modeli dünyada kiçik və orta sahibkarlığın genişlənməsi üçün əsas alətlərdən biri hesab olunur. Azərbaycan hökuməti 2023-cü ildən etibarən bu sahədə hüquqi və institusional mexanizmlərin yaradılması, həmçinin yerli sahibkarların beynəlxalq brendlərlə əməkdaşlıq imkanlarının artırılması istiqamətində işlər aparır.

Gülnar Nazimqızı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
İqtisadiyyat 14:18
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol