• $ 1.7
  • € 1.9797
  • ₽ 0.0209
  • ₺ 0.0407
  • £ 2.2801

Azərbaycanda orta illik inflyasiya artıb

Azərbaycanda orta illik inflyasiya artıb
10.10.2025 13:33

2025-ci ilin sentyabrında ölkədə  inflyasiya 5,7 faizə yüksəlib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 

Məlumata görə, istehlak qiymətləri indeksi qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 107,9 faiz, qeyri-qida məhsulları üzrə 102,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,3 faiz təşkil edib.

Cari ilin sentyabrında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,1 faiz, yanvar-sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,7 faiz təşkil edib. 

2025-ci ilin sentyabrında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,8 faiz, yanvar-sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,7 faiz təşkil edib.

Azərbaycanda 12 aylıq inflyasiya 4.9%, orta illik inflyasiya isə 5.6% təşkil edib.

Dünya Bankı 2025-2026-cı illərdə Azərbaycanda orta illik inflyasiyanın 2,3 % səviyyəsində olacağını gözləyir.

Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına görə, 2025-ci ildə Azərbaycanda orta illik inflyasiya 5,7 %, illik inflyasiya 5,2 %, 2026-cı ildə orta illik inflyasiya 4,5 %, 2027-2029-cu illərdə isə 4 % təşkil edəcək.

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 18:51
Qızılın qiyməti bahalaşıb
Sentyabrda bahalaşan məhsulların sayı artıb - Rəsmi
İqtisadiyyat 16:52
Sentyabrda bahalaşan məhsulların sayı artıb - Rəsmi
Azərbaycanda muzdla işləyənlərin sayı 1,76 milyona çatıb
İqtisadiyyat 16:35
Azərbaycanda muzdla işləyənlərin sayı 1,76 milyona çatıb

Azərbaycanda orta aylıq əməkhaqqı artıb
İqtisadiyyat 15:19
Azərbaycanda orta aylıq əməkhaqqı artıb
Bank Respublika Azərbaycan özəl bankları arasında ən irihəcmli kredit sazişinə imza atdı
İqtisadiyyat 15:07
Bank Respublika Azərbaycan özəl bankları arasında ən irihəcmli kredit sazişinə imza atdı
Azərbaycanda orta illik inflyasiya artıb
İqtisadiyyat 13:33
Azərbaycanda orta illik inflyasiya artıb
Unibank və BlueOrchard Finance Ltd. 23 milyon ABŞ dollarlıq iki kredit sazişi imzalayıb
İqtisadiyyat 11:13
Unibank və BlueOrchard Finance Ltd. 23 milyon ABŞ dollarlıq iki kredit sazişi imzalayıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:12
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
“Azərikard”dan açıqlama
İqtisadiyyat 17:32
“Azərikard”dan açıqlama
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol