• $ 1.7
  • € 1.9675
  • ₽ 0.020938
  • ₺ 0.0407
  • £ 2.2624

TAP ilə Avropaya Azərbaycan qazı ixracında azalma qeydə alınıb

TAP ilə Avropaya Azərbaycan qazı ixracında azalma qeydə alınıb
13.10.2025 09:55

Azərbaycanın təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə oktyabrın 13-də Yunanıstanın Kipoi çıxış nöqtəsindən 359,99 milyon kVt/saat həcmində qaz sifariş edilib ki, bu da ötən həftənin eyni gününə nisbətən 5,26% azalma deməkdir. Bu barədə məlumatı TAP-ın elektron platforması yayıb. 

Oktyabrın 14-dən 20-dək olan dövr üçün Kipoi nöqtəsindən sifariş həcmi 331,02 milyon kVt/saat təşkil edib. Bu, ötən həftənin göstəriciləri ilə müqayisədə 12,88%, oktyabrın 8–12-si aralığındakı sifarişlərlə müqayisədə isə 12,89% azalıb.

Yunanıstanın digər iki çıxış nöqtəsi üzrə göstəricilər stabillik nümayiş etdirib.

Komotini çıxış nöqtəsindən gündəlik sifariş həcmi sabit olaraq 28,67 milyon kVt/saat olub.

Nea Mesimvria nöqtəsindən isə 30,35 milyon kVt/saat sifariş qeydə alınıb ki, bu da əvvəlki həftə ilə eynidir.

İtaliyanın Melenduqno çıxış nöqtəsi üzrə isə daha kəskin azalma müşahidə olunub.

Oktyabrın 13-də bu nöqtədən 297,48 milyon kVt/saat qaz sifariş olunub ki, bu da oktyabrın 6-sı ilə müqayisədə 6,15% azalma deməkdir.

Oktyabrın 14-dən 20-dək dövr üçün sifariş həcmi 271,99 milyon kVt/saat olub, bu isə əvvəlki həftəyə nisbətən 14,32% azalma təşkil edir.


Trans-Adriatik Boru Kəməri Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinin son seqmentidir və 2020-ci ilin oktyabrında tamamlanıb. TAP-ın uzunluğu 878 km təşkil edir, qaz 550 km Yunanıstan, 215 km Albaniya, 105 km Adriatik dənizi və 8 km İtaliya ərazisindən keçərək Avropaya çatdırılır. Azərbaycan qazının TAP vasitəsilə Avropa istehlakçılarına tədarükünə 2020-ci il dekabrın 31-də başlanılıb.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qanunsuz reklamların yayımı ilə bağlı müraciətlər artıb
İqtisadiyyat 10:24
Qanunsuz reklamların yayımı ilə bağlı müraciətlər artıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:14
Qızıl bahalaşıb
TAP ilə Avropaya Azərbaycan qazı ixracında azalma qeydə alınıb
İqtisadiyyat 09:55
TAP ilə Avropaya Azərbaycan qazı ixracında azalma qeydə alınıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:08
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
ABŞ iqtisadiyyatı: narahatlıqlar artır, depressiya gözlənilmir
İqtisadiyyat 06:55
ABŞ iqtisadiyyatı: narahatlıqlar artır, depressiya gözlənilmir
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:37
Azərbaycan nefti ucuzlaşıb
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 18:51
Qızılın qiyməti bahalaşıb
Sentyabrda bahalaşan məhsulların sayı artıb - Rəsmi
İqtisadiyyat 16:52
Sentyabrda bahalaşan məhsulların sayı artıb - Rəsmi
Azərbaycanda muzdla işləyənlərin sayı 1,76 milyona çatıb
İqtisadiyyat 16:35
Azərbaycanda muzdla işləyənlərin sayı 1,76 milyona çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol