Qızıl bahalaşıb

Qızılın bir troya unsiyası üzrə fyuçerslərin qiyməti 1.84% artaraq 4 074 ABŞ dollarına bərabər olub. Bu barədə birja məlumatlarında qeyd olunub.
COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 4.43% artaraq 49.36 ABŞ dolları olub.
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2025-ci ilin II rübündə 15,8 ton qızıl alıb.
Fonddan verilən məlumata görə, 1 iyul tarixinə investisiya portfelində qızılın xüsusi çəkisi 28,8%-ə çatıb. Bu göstərici aprelin 1-i ilə müqayisədə 3 faiz bəndi çoxdur.