Qanunsuz reklamların yayımı ilə bağlı müraciətlər artıb

2025-ci ilin yanvar-avqustunda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qanunsuz reklamların yayımı ilə bağlı 100 müraciətə baxıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Bu barədə Agentlikdən bildirilib.
Müraciətlərin 44-ü xidmət, 13-ü ticarət, 12-si ictimai iaşə, 9-u qeyri-qida, 2-si qida, 2-si dərman vasitələri və tibbi avadanlıqlar, 1-i tütün məmulatları, 17-si isə digər sahələrə aid olub.
2025-ci ilin yanvar-iyun dövründə qanunsuz reklam yayımı ilə bağlı 80 müraciətə baxılıb. Bu göstərici 2024-ün eyni dövrü ilə müqayisədə 25% artım deməkdi.
Aytac