Doqquz ayda ÜDM 1,3% artıb - DSK

2025-ci ilin doqquz ayında ölkədə 95229,2 milyon manatlıq məhsul istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,3% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
İki ayda neft-qaz sektorunun əlavə dəyəri 1,9% azalıb, qeyri neft-qaz sektorunda isə 2,9% artıb.
Əhalinin hər nəfərinə düşən ÜDM 9300,3 manata bərabər olub.
Ölkədə Ümumi Daxili Məhsul istehsalı 2026-cı ildə 1,2 dəfə artım olacağı gözlənilir.
Dünya Bankı 2025-ci ildə Azərbaycan iqtisadiyyatının 2,6 % böyüyəcəyini proqnozlaşdırır.
Mərkəzi Bankın məlumatına görə, 2025-ci ildə Azərbaycanda inflyasiya 5,4 % olacağı proqnozlaşdırılır.
Gülnar Nazimqızı