Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi 4,2 dəfə artıb

2025-ci ilin birinci yarısında Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi 501 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 dəfə çoxdur. Bunu energetika naziri Pərviz Şahbazov deyib.
"Energetika sahəsində “SOCAR” və “KazMunayGaz” şirkətləri arasında Qazaxıstan neftinin Azərbaycan üzərindən tranziti üzrə əməkdaşlıq uğurla inkişaf edir.2023-cü ildən bu günə qədər Bakı–Tbilisi–Ceyhan boru kəməri vasitəsilə dünya bazarına 3,4 milyon ton Qazaxıstan nefti nəql olunub. Həcmlərin 2027-ci ilə qədər ildə 7 milyon tona qədər artırılması və gələcəkdə qarşılıqlı faydalı şərtlərlə daha da genişləndirilməsi planlaşdırılır", o bildirib.
Aytac Zeynalova