Qazaxıstan neftinin BTC ilə ixracı iki dəfə artırılacaq

2023-cü ildən bəri Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə dünya bazarına 3,4 milyon ton Qazaxıstan nefti nəql olunub. Onun sözlərinə görə, 2027-ci ilədək illik tranzit həcmlərinin 7 milyon tona çatdırılması nəzərdən keçirilir. Bunu energetika naziri Pərviz Şahbazov Azərbaycan və Qazaxıstan arasında Ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 21-ci iclasında bildirib.
Nazir həmçinin Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji layihəsinin regional enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyətini vurğulayıb.
Layihənin texniki-iqtisadi əsaslandırmasının noyabrda məsləhətçi şirkət seçildikdən sonra başlanacağı bildirilib.
Komissiyanın iclasında ikitərəfli ticarət dövriyyəsinin 2024-cü ildə 50% artaraq 470 milyon dollar, 2025-ci ilin ilk yarısında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2 dəfə artaraq 501 milyon dollar təşkil etdiyi açıqlanıb.
Aytac Zeynalova