Mərkəzi Bank faiz dərəcəsini dəyişməyib

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini dəyişmədən 7% səviyyəsində saxlayıb.
Qurumun İdarə Heyətinin bu gün keçirilən iclasında faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 8% səviyyəsində qalmaqda davam edib.
Qərarın əsas səbəbi kimi inflyasiyanın hədəf diapazonunda qalması və makroiqtisadi sabitliyin qorunması göstərilib. Mərkəzi Bank bildirir ki, pul siyasətinin cari istiqaməti qiymət sabitliyinin dəstəklənməsinə xidmət edir.
N.Təbrizli
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib























