Azərbaycan mədəniyyət xərclərini 16 %-ə yaxın artırıb

2025-ci ilin yanvar-sentyabr;nda Azərbaycanda dövlət büdcəsindən mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyətə 366,4 milyon manat xərclənib. Bu barədə Maliyyə Nazirliyi m'lumat yayıb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49,9 milyon manat və yaxud 15,8 % çoxdur.
Hesabat dövründə mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinin 78,6 %-i icra edilib.
9 ayda dövlət büdcəsindən məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərinə 466,4 milyon manat ayrılıb.
Son xəbərlər
Daha çox 