“Brent” nefti 65 dollardan yuxarı səviyyədə ticarət olunur
"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin dekabr müqaviləsinin dəyəri 0.39% azalaraq 1 barelə görə 65.73 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun "NYMEX" əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 0.39% azalaraq 61.52 ABŞ dollarına bərabər olub.