Aksiz daxilolmaları 1,584 milyard manat nəzərdə tutulub
2026-ci il üçün aksiz vergisi üzrə daxilolmalar 1,584 milyard manat səviyyəsində proqnozlaşdırılır. Bu, cari ilin proqnozu ilə müqayisədə 71,7 milyon manat və ya 4,3 faiz az, 2024-cü ilin faktiki göstəricilərindən isə 232,7 milyon manat və ya 17,2 faiz çoxdur. Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Daxilolmaların 49,2 faizi və ya 779 milyon manatı neft-qaz sektorunun, 50,8 faizi və ya 805 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür.
Qeyri-neft-qaz sektoru üzrə aksiz vergisi cari ilin proqnozu ilə müqayisədə 125 milyon manat və ya 18,4 faiz artıb. Neft-qaz sektoru üzrə isə 196,7 milyon manat və ya 20,2 faiz azalma gözlənilir. 2024-cü ilin faktiki göstəriciləri ilə müqayisədə isə neft-qaz sektoru üzrə 105 milyon manat və ya 15,6 faiz, qeyri-neft-qaz sektoru üzrə 127,7 milyon manat və ya 18,9 faiz artım nəzərdə tutulur.
Aksiz vergisi Azərbaycanda həm neft-qaz, həm də qeyri-neft sektorunun tənzimlənməsində əsas gəlir mənbələrindən biridir. Qeyri-neft-qaz sektoru üzrə artım xüsusilə sənaye, kənd təsərrüfatı və istehlak məhsullarının istehsalında gözlənilir.
Aytac
Son xəbərlər
Daha çox