Azərbaycanın xarici ticarət dövriyyəsi artıb
2025-cü ilin ilin on ayında ölkənin xarici ticarət dövriyyəsi illik müqayisədə 3.8% artaraq 40 milyard 862 milyon ABŞ dolları təşkil edib. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Son bir ildə ölkə üzrə ixrac 4.9% azalaraq 21 milyard 636.8 milyon ABŞ dolları, idxal isə 15.6% artaraq 19 milyard 225.2 milyon ABŞ dolları təşkil edib.
Son nəticədə xarici ticarətdə 2 milyard 412 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,5 dəfə azdır.
Ümumilikdə MDB ölkələri – 4 milyard 173 milyon dollar (24.89%), Avropa İttifaqı ölkələri – 2 milyard 95 milyon dollar (12.49%), digər ölkələr – 10 milyard 501 milyon dollar (62.62%) həcmində idxal əməliyyatları icra olunub.
Son illərdə Azərbaycanın idxal strukturu texnologiya və istehlak məhsullarına daha çox yönəlib.
Aytac Zeynalova
Son xəbərlər
Daha çox