Azərbaycanda quraqlıq sığortası hazırlanır
Aqrar Sığorta Fondu kənd təsərrüfatı sektorunda quraqlıq riskinin sığortalanması üzərində işləyir. Bunu Aqrar Sığrorta fondunun müşaviri Rəvan Səmədli Anews.az-a açıqlamasında bildirib.
O bildirib ki, kənd təsərrüfatında qarşıya çıxan ən böyük risklərdən biri quraqlıqdır.
"Hazırda quraqlıq riskinin sığorta təminatına daxil edilməsi ilə bağlı hazırlıq işləri aparılır və beynəlxalq praktikanın öyrənilməsi davam edir.Bu sahə ölkədə yeni formalaşır. Biz də beynəlxalq təcrübələri araşdırır və tətbiq imkanlarını qiymətləndiririk. Düşünürəm ki, yaxın zamanda bu məsələyə dair ictimaiyyətə geniş məlumat veriləcək,” – müşavir bildirib.
Rəvan Səmədli əlavə edib ki, quraqlıqla bağlı Fonda kifayət qədər müraciətlər daxil olur və fermerlərin bu sahədə sığorta mexanizminə ehtiyac yüksəkdir.
Aytac Zeynalova
Son xəbərlər
Daha çox