Ən çox kredit qoyuluşu Abşeron-Xızının payına düşür
Azərbaycanda bölgələr üzrə kredit qoyuluşu üzrə son statistika regionlar arasında ciddi fərqlərin olduğunu göstərir. Bu barədə Azərbaycan Mərkəzi Bankının 2025-ci il noyabrın 1-nə olan göstəricilərinə əsaslanan statistika bülletenində qeyd olunur.
Məlumata görə, kredit qoyuluşunda ən böyük pay 17% ilə Abşeron–Xızı iqtisadi rayonuna məxsusdur.
İkinci yerdə 12% ilə Gəncə–Daşkəsən iqtisadi rayonu, üçüncü yerdə isə 10% ilə Qarabağ iqtisadi rayonu qərarlaşıb.
Qazax–Tovuz və Lənkəran–Astara iqtisadi rayonlarının payı ayrı-ayrılıqda 8% təşkil edib. Digər regionlar üzrə göstəricilər 3–9% intervalında dəyişib, ən aşağı pay isə 0% ilə Şərqi Zəngəzur iqtisadi rayonunda qeydə alınıb.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox