Bu il ölkədə meyvə bağı üzrə 700 min manatdan çox sığorta ödənişi verilib
Aqrar Sığorta Fondu Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən meyvə bağı üzrə 712 min manat sığorta ödənişi edib. Bunu Fondun İdarə Heyəti sədrinin müşaviri Rəvan Səmədli bildirib.
"Cari ilin martında nektarin bağını şaxta vurub. Sahədə iki dəfə ekspertiza aparılıb. İlkin ekspertiza hadisənin təsdiq olunması ilə bağlı olub, yekun ekspertiza məhsul yetişəndə baş tutub, daha dəqiq zərər hesablanıb",- o bildirib.
Aytac
Son xəbərlər
Daha çox