• $
  • €
  • ₽
  • ₺
  • £

“Pensiyalar artacaq” - Fondun yeni sədri

“Pensiyalar artacaq” - Fondun yeni sədri
28.05.2020 18:10

Azərbaycanda gələn il pensiyaların orta aylıq məbləğı artacaq.

“Qafqazinfo” xəbər verir ki, bu haqda YAP-ın saytına müsahibəsində Dövlət Sosial Müdafiə Fondunun yeni sədri Elman Mehdiyev xəbər verib. O, bildirib ki, əmək pensiyalarının sığorta hissəsinin cari ilə nisbətən 11,2 faiz və ya 128,4 milyon manat artacağı proqnozlaşdırılır. Bu artımın 27,7 milyon manatı pensiya məbləğlərinin 2014-cü ilin yanvarın 1-dən 3,3 faizlik inflyasiya səviyyəsinə uyğun indeksləşdirilmə xərclərinə, qalan hissəsi, yəni 100,7 milyon manatı isə xüsusi əlavələr alan hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, dövlət qulluqçuları və s. pensiyaçıların qulluq stajına görə əlavələrinin artımına, eləcə də sistemə daxil olan və sistemdən çıxan pensiyaçıların pensiyaları arasındakı fərqin maliyyələşdirilməsinə yönəldiləcək. “Bu artımlardan sonra pensiyaların orta aylıq məbləği 10,8 faiz artaraq 183 manata, o cümlədən yaşa görə pensiya üzrə 11,9 faiz artaraq 186 manata, əlilliyə görə pensiya üzrə 8,6 faiz artaraq 132 manata, ailə başçısını itirməyə görə isə 10,4 faiz artaraq 131 manata çatacaq”. E. Mehdiyev deyib ki, nəticədə Azərbaycan Respublikası son 10 il üzrə pensiyaların artım dinamikasına görə MDB-də qabaqcıl mövqeyini 2014-cü ildə də saxlayacaq: “Məlumat üçün bildirim ki, hazırda Azərbaycanda əmək pensiyalarının baza hissəsi 128 ABŞ dollarıdır və bu MDB məkanında Qazaxıstandandakı 185 ABŞ dolları və Belarusdakı 129 ABŞ dolları səviyyəsindən sonra 3-cü göstəricidir. Bu məbləğ Rusiyada 108,7 ABŞ dolları, Ukraynada 118,8 ABŞ dolları təşkil edir.  Son 10 ildə əmək pensiyalarının orta aylıq məbləği 9,2 dəfə, minimum məbləği 7,1 dəfə artıb ki, bu, MDB-nin pensiyaların məbləği nisbətən yüksək olan ilk 4 dövləti içərisində ən yuxarı artımdır və bu göstərici üzrə ikinci yerdə qərarlaşmış Qazaxıstandan 1,4 dəfə yuxarıdır”. ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol