Mərkəzi Bank vaxtı keçmiş kreditlərin səviyyəsini açıqlayıb
Azərbaycan Mərkəzi Bankının statistik bülleteninə əsasən, ölkədə real və nominal effektiv məzənnənin dinamikasında dəyişikliklər müşahidə olunub, bank kreditlərinin həcmi isə il boyu yüksələn xətt üzrə davam edib.
Məlumata görə, real effektiv məzənnə 2024-cü ilin ikinci yarısından etibarən azalaraq 2025-ci ilin ortalarında sabitləşib.
2024-cü ilin yay aylarında 120 bəndə yaxınlaşan indeks daha sonra enərək 2025-ci ilin sentyabrında təxminən əvvəlki səviyyəsinə dönüb. Nominal effektiv məzənnə isə 2024-cü il boyunca nisbətən sabit qalıb və 2025-ci ildə yüngül dəyişikliklərlə davam edib.
Bank sektorunda kreditləşmə göstəriciləri də açıqlanıb.
Cəmi kreditlərin həcmi 2024–2025-ci illər üzrə ardıcıl artım nümayiş etdirib və 25 milyard manata yaxınlaşıb.
Eyni zamanda vaxtı keçmiş kreditlərin xüsusi çəkisi aşağı səviyyədə qalıb — təxminən 2–3% aralığında dəyişib, bu isə risklərin idarə olunmasının sabit olduğunu göstərir.
Statistik göstəricilər ölkədə həm məzənnə dinamikasında yumşalma, həm də kredit bazarında mərhələli genişlənmənin davam etdiyini göstərir.
Aytac
Son xəbərlər
Daha çox