• $ 1.7
  • € 1.9691
  • ₽ 0.021563
  • ₺ 0.04
  • £ 2.2419

"AzerGold"un ixrac gəlirləri artıb

"AzerGold"un ixrac gəlirləri artıb
28.11.2025 12:35

2025 ci ilin yanvar-oktyabrında "AzerGold" QSC 196,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 86,3 milyon ABŞ dolları və ya 78,4 % çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın noyabr buraxılışında qeyd olunub.

10 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,6 % artaraq 2,99 milyard ABŞ dolları təşkil edib.

"AzerGold” QSC və onun törəmə şirkətlərinin 2024-cü ildə xalis dövriyyə kapitalı 3.1% artaraq 105.22 milyon ABŞ dolları, ümumi kapitalı 26% artaraq 399.78 milyon ABŞ dolları təşkil edib.

1 aprel 2024-cü il tarixinə qiymətli metalların daxili və xarici bazarlarda satışı nəticəsində QSC-nin əldə etdiyi ümumi gəlir 1 milyard 213 milyon 911 min manat olub.  Bunun 1 milyard 158 milyon 829 min manatı ixracdan, 55 milyon 82 min manatı isə daxili bazarda satışdan əldə edilən gəlirlərdir.

 "AzerGold” QSC 2024-cü ilin sonuna kimi 70 min unsiya qızıl hasil edib satmağı planlaşdırır. Bu, 2023-cü ilin göstəriciləri ilə müqayisədə istehsalda 10%, satışda isə 3% çoxdur.

Azərgold ASC 2015-ci il fevralın 15-də prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb. 

Aytac  Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
"AzerGold"un ixrac gəlirləri artıb
İqtisadiyyat 12:35
"AzerGold"un ixrac gəlirləri artıb
Yeni il ərəfəsində Yelo Bank-dan möhtəşəm kampaniya – illik 9%-dən!
İqtisadiyyat 12:07
Yeni il ərəfəsində Yelo Bank-dan möhtəşəm kampaniya – illik 9%-dən!
Birbank Yığım hesabı: Pulunuz hər gün gəlir gətirir
İqtisadiyyat 12:04
Birbank Yığım hesabı: Pulunuz hər gün gəlir gətirir
Azərbaycan qızıl ixracından gəlirini artırıb
İqtisadiyyat 10:55
Azərbaycan qızıl ixracından gəlirini artırıb
Azərbaycanın qeyri-neft ixracı 10 ayda 6,6% artıb
İqtisadiyyat 10:30
Azərbaycanın qeyri-neft ixracı 10 ayda 6,6% artıb
"Azərkosmos"un ixrac gəlirləri azalıb
İqtisadiyyat 09:58
"Azərkosmos"un ixrac gəlirləri azalıb

Dünya bazarlarında neft bahalaşıb
İqtisadiyyat 09:52
Dünya bazarlarında neft bahalaşıb

Azərbaycan neftinin qiyməti 66 dolları ötüb
İqtisadiyyat 09:50
Azərbaycan neftinin qiyməti 66 dolları ötüb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:16
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol