• $ 1.7
  • € 1.9717
  • ₽ 0.021924
  • ₺ 0.04
  • £ 2.2485

“Azercell Telekom” MMC qadınların dəstəyinə yönəlmiş təşəbbüslərini davam etdirir


“Azercell Telekom” MMC qadınların dəstəyinə yönəlmiş təşəbbüslərini davam etdirir
03.12.2025 13:10

Lider mobil operator sosial layihə müsabiqəsinin qaliblərini elan edir

“Azercell Telekom” MMC qadınların ictimai və iqtisadi həyatda fəallığının artırılması istiqamətində gördüyü silsilə tədbirləri davam etdirir. Şirkət “Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı” müsabiqəsinin qaliblərini elan edib. Qiymətləndirmə zamanı dayanıqlıq, sosial təsir, rəqəmsal inklüzivliyin təşviqi, həmçinin texnologiya vasitəsilə həyat keyfiyyətinin yaxşılaşdırılması kimi meyarlara cavab verən layihələrə üstünlük verilib. 

Final mərhələsinə beş layihə keçib. Təqdim olunan ideyalar əsasən qadın sahibkarlığının inkişafı və təhsilin gücləndirilməsi istiqamətlərini əhatə edib. Finalda iştirak edən qeyri-hökumət və qeyri-kommersiya təşkilatlarının nümayəndələri münsiflər qarşısında layihələrini təqdim ediblər. Münsiflər heyətinin yekdil qərarına əsasən “Future Fem”, “Start Her” və “Robo Girls”  layihələri qalib elan olunub. 

“Future Fem” layihəsi qadınların sahibkarlıq, innovasiya və liderlik sahəsində praktiki bilik və bacarıqlarını artırmağı, onların iqtisadi və sosial həyatda rolunu gücləndirməyi hədəfləyir. Eyni zamanda, qadın liderlər və texnologiya mütəxəssisləri ilə mentorluq imkanları yaradır.

“Start Her” layihəsi çərçivəsində Quba rayonu və ətraf kəndlərdən 20 gənc qıza startap və sahibkarlıq, eləcə də liderlik bacarıqlarının inkişaf etdirilməsi üçün 3 ay ərzində təlimlər təşkil olunacaq. Təlim proqramının sonunda qızların qazandıqları bilikləri və ideyalarını nümayiş etdirmələri üçün hakaton keçiriləcək. 

“Robo Girls” layihəsinin məqsədi Beyləqan və ətraf kəndlərdə təhsil alan qızların robototexnika və texnologiyalara marağını gücləndirmək, eləcə də yeni nəsil qadın İT və süni intellekt mütəxəssislərinin yetişdirilməsinə töhfə verməkdir.

Təşəbbüslərin reallaşdırılmasına dəstək məqsədilə Azercell ümumilikdə 30.000 AZN vəsait ayırıb.

Müsabiqənin qiymətləndirilmə prosesi şəffaflıq və obyektivlik prinsiplərinə əsaslanaraq, bu sahədə ixtisaslaşmış müstəqil ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən həyata keçirilib.

“Azercell Telekom” MMC müsabiqəyə qatılan bütün iştirakçılara təşəkkür edir, qaliblərə layihələrinin həyata keçirilməsində uğurlar arzulayır. Şirkət ölkədə innovasiya və inklüzivliyin təşviqinə töhfə verən layihələrə dəstək olmağa davam edəcək. 

 

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Kreditinizi Birbank-a gətirin, 3% Yeni il endirimi qazanın
İqtisadiyyat 13:28
Kreditinizi Birbank-a gətirin, 3% Yeni il endirimi qazanın
Yelo Bank-da qadın sahibkarlar üçün “Tea Talk” görüşü keçirildi
İqtisadiyyat 13:22
Yelo Bank-da qadın sahibkarlar üçün “Tea Talk” görüşü keçirildi

“Azercell Telekom” MMC qadınların dəstəyinə yönəlmiş təşəbbüslərini davam etdirir
İqtisadiyyat 13:10
“Azercell Telekom” MMC qadınların dəstəyinə yönəlmiş təşəbbüslərini davam etdirir
11 ayda 32 mindən çox şəxsə pensiya təyin edilib
İqtisadiyyat 11:36
11 ayda 32 mindən çox şəxsə pensiya təyin edilib

Bakıda kafe və restoranların dövriyyəsi 1.5 milyard manatı ötüb
İqtisadiyyat 10:27
Bakıda kafe və restoranların dövriyyəsi 1.5 milyard manatı ötüb
Bakıda orta aylıq əməkhaqqı 9%-ə yaxın artıb
İqtisadiyyat 10:22
Bakıda orta aylıq əməkhaqqı 9%-ə yaxın artıb
Azərbaycan neftinin qiyməti dəyişməz qalıb
İqtisadiyyat 09:45
Azərbaycan neftinin qiyməti dəyişməz qalıb
Avro və rubl bahalaşıb - Günün məzənnəsi
İqtisadiyyat 09:32
Avro və rubl bahalaşıb - Günün məzənnəsi
Bitkoinin qiyməti 91 min dolları keçib
İqtisadiyyat 22:26
Bitkoinin qiyməti 91 min dolları keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol