• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

SOCAR-ın mənfəəti artıb

SOCAR-ın mənfəəti artıb
09.12.2025 11:01

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar-iyun dövründə 1,761 milyard manat xalis mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14% çoxdur. Bu barədə SOCAR məlumat yayıb. 

Şirkətin vergiyəqədərki mənfəəti 2,373 milyard manat (18,35% artım), mənfəət vergisi ödəmələri isə 612 milyon manat (33,05% artım) təşkil edib. Satış gəlirləri 5,7% azalaraq 42,5 milyard manat, satışın maya dəyəri isə 12,6% azalaraq 36,127 milyard manat olub. Nəticədə kommersiya qurumunun ümumi mənfəəti 71,9% artaraq 6,373 milyard manata yüksəlib.

SOCAR-ın aktivləri 1 iyul 2025-ci il tarixinə 96,47 milyard manat təşkil edib, öhdəlikləri 47,144 milyard manat, balans kapitalı isə 49,326 milyard manat olub. Şirkət 100% dövlətə məxsusdur və əsas fəaliyyəti neft, qaz və qaz kondensatlarının hasilatı, emalı və satışını əhatə edir.

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:26
Azərbaycan nefti bahalaşıb

Pulunu artırmağın parlaq yolu
İqtisadiyyat 15:43
Pulunu artırmağın parlaq yolu
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyasını göndərib
İqtisadiyyat 15:31
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyasını göndərib
Polis 90-a yaxın axtarışda olan şəxsi saxlayıb
İqtisadiyyat 10:12
Polis 90-a yaxın axtarışda olan şəxsi saxlayıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:10
Azərbaycan nefti bahalaşıb
Əmək müqavilələrinin sayı artıb
İqtisadiyyat 09:46
Əmək müqavilələrinin sayı artıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:11
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
Gümüşün qiyməti cüzi enişlə sabitləşib
İqtisadiyyat 08:56
Gümüşün qiyməti cüzi enişlə sabitləşib
"Azeri Light" neftinin qiyməti büdcə hədəfindən aşağı düşüb
İqtisadiyyat 08:45
"Azeri Light" neftinin qiyməti büdcə hədəfindən aşağı düşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol