Gürcüstan Cənubi Qafqazda neytral dialoq platforması təklif edir
Gürcüstan Cənubi Qafqazda gərginliyin azaldılması və regional sabitliyə töhfə vermək üçün neytral dialoq məkanı təklif edib. Bu barədə Baş nazir İrakli Kobaxidze Beynəlxalq Sülh və Etimad İlinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
Kobaxidzenin sözlərinə görə, Tbilisi region ölkələri arasında ünsiyyət kanallarının yaradılması məqsədilə müzakirələrə start verib.
“Biz müzakirələri təşviq edirik və daha sabit, əməkdaşlıq yönümlü regional mühitin formalaşdırılmasına sadiqliyimizi təsdiqləyirik”, – o bildirib.
Baş nazir əlavə edib ki, Gürcüstan tərəfdaşlarla birlikdə Beynəlxalq Sülh və Etimad İlinin məqsədlərini “real və uzunmüddətli tərəqqiyə” çevirməyə çalışır.
“Davamlı gələcək həm dialoq, həm də praktiki addımlar tələb edir. Birlikdə daha təhlükəsiz və sabit region qurmaq mümkündür”, – Kobaxidze vurğulayıb.
Son xəbərlər
Daha çox