Azərbaycan benzini Ermənistanda bazar qiymətindən xeyli ucuz satılacaq
Azərbaycanda istehsal olunan premium benzinin Ermənistanda bir litri 440 drama (təxminən 1,10 dollar) satılacaq. Bunu “Mega Trade” şirkətinin direktoru Karen Ayrayan bildirib.
Onun sözlərinə görə, bu qiymət hazırda Ermənistan bazarında mövcud olan orta qiymətdən — 520 dramdan (təxminən 1,30 dollar) xeyli aşağıdır. Şirkət ilkin mərhələdə təxminən 600 ton benzin alıb.
Gürcüstan ərazisindən tranzitlə Ermənistana 1 220 ton Aİ-95 markalı benzin ixrac olunub.
Yanacaq Bakıdakı Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal edilib və ümumilikdə 22 dəmir yolu sisterninə bərabərdir.
Azərbaycandan idxal edilən benzin Ermənistanda Ran Oil yanacaqdoldurma məntəqələri şəbəkəsi vasitəsilə satılacaq.
N.Təbrizli