• $
  • €
  • ₽
  • ₺
  • £

“İçərişəhər” stansiyasında dönmə tunelinin tikintisinə başlanılır

“İçərişəhər” stansiyasında dönmə tunelinin tikintisinə başlanılır
22.12.2025 14:18

“Bakı Metropoliteni” QSC metronun “İçərişəhər” stansiyasının arxasında dönmə tunelinin inşasına start verib. Bu barədə qurumdan bildirilib. 

Layihənin əsas məqsədi xəttlərin ayrılması ilə qatarlararası intervalların azaldılması və sərnişin xidmətinin keyfiyyətinin artırılmasıdır.

Dönmə kamerası qatarların geri dönməsini və platformaların istifadəsini optimallaşdıracaq, sərnişin axınının təhlükəsiz və rahat tənzimlənməsinə imkan yaradacaq. Pik saatlarda ehtiyat qatarlar burada saxlanılacaq, texniki nasazlıq zamanı qatarlar xətdən operativ çıxarılacaq.

Layihə çərçivəsində ərazinin yerüstü hissəsi piyada zonası və yaşıllıq sahəsinə çevriləcək, yeraltı hissədə isə 200-dən çox avtomobil üçün çoxmərtəbəli parkinq tikiləcək. Tikinti müddətində “İçərişəhər” stansiyası fəaliyyəti dayandırılmayacaq və bitişik küçədən nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunmayacaq.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol