Prezident: Qarabağda 40 kiçik su elektrik stansiyası tikilib
Son beş ildə Qarabağ və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına təxminən 40 kiçik su elektrik stansiyası inşa edilib. Bunu ölkə Prezidenti İlham Əliyev deyib.
O bildirib ki, hazırda onların ümumi gücü 300 meqavatdan çoxdur.
Prezident qeyd edib ki, azad edilmiş ərazilərdə 500–600 meqavatlıq kiçik su elektrik stansiyalarının inşası planlaşdırılır, bunun təqribən yarısı artıq tamamlanıb.
Rəsmi açıqlamaya görə, bütün ölkə, o cümlədən azad edilmiş ərazilər vahid enerji şəbəkəsi ilə birləşdirilib, enerji axınının istənilən istiqamətə göndərilməsi və qəbul edilməsi təmin olunub.
Son illərdə ölkədə həm külək, həm Günəş, həm də kiçik su elektrik stansiyalarının tikintisi sürətləndirilir və yeni batareya saxlanc sistemləri enerjinin effektiv idarə olunmasına imkan yaradır.
Gülnar
Son xəbərlər
Daha çox