Subway Azərbaycana gəlir
Qlobal sendviç şəbəkəsi Subway Azərbaycanda fəaliyyətə başlamaq üçün N Sky Build ilə master françayzinq sazişi imzalayıb. Bu addım şirkətin Avropa, Yaxın Şərq və Afrika (EMEA) regionunda genişlənmə strategiyasının tərkib hissəsidir. Bu barədə şirkət öz rəsmi saytında məlumat yayıb.
Sazişə əsasən, N Sky Build Azərbaycanda bütün Subway restoranlarının idarə edilməsi və inkişafı üzrə eksklüziv hüquqlar əldə edir. Şirkət 20 ildən artıqdır ki, mehmanxana, pərakəndə satış və ictimai iaşə sahələrində beynəlxalq brendlərlə işləyir.
“Azərbaycan Subway üçün cəlbedici inkişaf imkanları yaradır,” — Subway-in Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Tracy Gehlan bildirib.
N Sky Build şirkətinin sədri Nuri Qaragöz isə sazişin Subway brendinin Azərbaycandakı potensialına olan inamı əks etdirdiyini qeyd edib.
Razılaşma çərçivəsində N Sky Build Subway-in yeni restoran dizaynını tətbiq edəcək və Azərbaycanda brendin rəqəmsal xidmətlərini inkişaf etdirəcək.
Subway bildirib ki, 2021-ci ildən bu yana EMEA regionunda imzalanmış 10-dan çox master françayzinq sazişi gələcəkdə 4 mindən artıq restoranın açılmasını nəzərdə tutur.
N.Təbrizli
Son xəbərlər
Daha çox