Azərbaycanda kənd təsərrüfatı istehsalı artıb
2025-ci ildə ölkədə diri çəkidə 659,2 min ton ət, 2 milyon 305,9 min ton süd, 2 milyard 342,9 milyon ədəd yumurta, 14,6 min ton yun və 186,6 ton barama istehsal olunub. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
2024-cü illə müqayisədə yumurta istehsalı 1,8 faiz, süd istehsalı 0,3 faiz artıb.
Ət istehsalı əvvəlki ilin səviyyəsində qalıb. Yun istehsalı 1,3 faiz, barama istehsalı isə 22,1 faiz azalıb.
Ümumilikdə, 2025-ci ildə kənd təsərrüfatının ümumi məhsulu 0,9 faiz artıb. Bu artım əsasən bitkiçilik sahəsində qeydə alınıb. Belə ki, bitkiçilik məhsulları istehsalı 1,5 faiz, heyvandarlıq məhsulları istehsalı isə 0,3 faiz artıb.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox