Azərbaycanda “Palatalar haqqında” Qanun layihəsi hazırlanması təklif olunur
Azərbaycanda biznesin daha yaxından dəstəklənməsi və hökumətlə dialoqun dərinləşdirilməsi məqsədilə “Palatalar haqqında” Qanun layihəsinin hazırlanması məqsədəuyğun olardı. Bunu deputat Vüqar Bayramov bildirib.
Deputatın sözlərinə görə, inkişaf etmiş ölkələrdə, o cümlədən Türkiyədə və qardaş ölkələrdə (Qazaxıstan, Özbəkistan) sənaye və ticarət palataları biznesin koordinasiyası və dəstəklənməsində mühüm rol oynayır.
Azərbaycanda isə palataların əksəriyyəti ictimai təşkilatlar kimi fəaliyyət göstərir ki, bu da onların imkanlarını məhdudlaşdırır.
Vüqar Bayramov vurğulayıb ki, xüsusi qanunla tənzimlənən palatalar real sektora dəstək imkanlarını artıraraq iqtisadi diversifikasiyanın dərinləşdirilməsinə töhfə verə bilər.
Gülnar Nazimqızı