SOFAZ investisiya portfelində “AAA” reytinqli alətlərin çəkisi kəskin azalıb
Azərbaycan Dövlət Neft Fondunun istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiya portfelində bu il yanvarın 1-nə “AAA” reytinqli alətlərin xüsusi çəkisi 21,3 % olub, bu isə ötən ilin eyni dövrünə nisbətən 27,9 faiz bəndi azdır.
Əvəzində portfeldə “AA” reytinqli alətlərin çəkisi 22,5 %-dən 38,2 %-ə, “A” reytinqli alətlərin çəkisi 17 %-dən 26,7 %-ə, “BBB” reytinqli alətlərin çəkisi 10,9 %-dən 12,9 %-ə, qeyri-investisiya dərəcəli alətlərin çəkisi isə 0,4 %-dən 0,9 %-ə yüksəlib.
N.Təbrizli