• $
  • £

Parlament WUF13 ilə bağlı vergi güzəştlərini təsdiqləyib

Parlament WUF13 ilə bağlı vergi güzəştlərini təsdiqləyib
13.02.2026 12:51

Azərbaycanda 2026-cı ildə keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə əlaqədar qeyri-rezident şəxslər üçün bir sıra vergi güzəştləri tətbiq ediləcək — qanun layihəsi parlamentdə son oxunuşda qəbul olunub.

Dəyişikliklər 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının təşkili ilə bağlı vergi azadolmalarını nəzərdə tutur. Forumun ölkədə keçirilməsi üçün 2023-cü il dekabrın 22-də Azərbaycan hökuməti ilə BMT arasında ev sahibi ölkə sazişi imzalanıb və qanunla təsdiqlənib.

Qanuna əsasən, forum çərçivəsində fəaliyyət göstərən qeyri-rezident şəxslərə aşağıdakı vergi güzəştləri tətbiq olunacaq:

WUF13 üzrə işlərə cəlb edilən qeyri-rezident fiziki şəxslərin əldə etdiyi gəlirlər — gəlir vergisindən azad edilir, qeyri-maddi aktivlər və müəllif hüquqları üzrə qeyri-rezident hüquqi şəxslərə ödənilən royaltilər — mənfəət vergisindən azad olunur,  qeyri-rezident hüquqi şəxslərin iş və xidmətlərdən əldə etdiyi gəlirlər — mənfəət vergisindən azad edilir, qeyri-rezidentlər tərəfindən iş və xidmətlərin göstərilməsi, həmçinin təsdiqedici sənədlərlə malların idxalı — ƏDV-dən azad olunur.

Vergi güzəşt və azadolmaları müvafiq təsdiqedici sənədlər əsasında 2025-ci il 1 sentyabrdan başlayaraq bir il müddətinə tətbiq ediləcək.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!

"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb
İqtisadiyyat 10:50
"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb


Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
İqtisadiyyat 09:45
Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
Qızıl və gümüş ucuzlaşır
İqtisadiyyat 09:34
Qızıl və gümüş ucuzlaşır

“WTI” markalı neftin qiyməti 111 dolları ötüb
İqtisadiyyat 09:11
“WTI” markalı neftin qiyməti 111 dolları ötüb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:09
Bu günə olan məzənnə açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol