Azərbaycan nefti bahalaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,83 ABŞ dolları və ya 2,58% artaraq 72,78 ABŞ dolları təşkil edib.
Hərrac nəticələrinə görə, "Brent" markalı neftin aprel fyuçersləri 72,76 ABŞ dolları səviyyəsində olub. Türkiyənin Ceyhan limanında FOB bazasında isə "Azeri Light" bir barel üçün 1,84 ABŞ dolları və ya 2,69% artaraq 70,13 ABŞ dolları qiymətində satılır.
Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları nəzərə alınıb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub. Neft, "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqları blokunda hasil edilir, burada SOCAR-ın payı 31,65% təşkil edir.