Bir gündə 54 cinayətin üstü açılıb
Martın 5-də Azərbaycan ərazisində qeydə alınan 54 cinayətin, həmçinin əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, axtarışda olan ümumilikdə 152 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 112 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Polis əməkdaşları tərəfindən narkotiklərlə əlaqəli 29 fakt, həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.
Məlumata görə, cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb.
Gülnar