• $
  • £

Kapital Bank-ın təhsil işçilərinə unikal imkanlar yaradan TəhsilPlus kartı ilk sahiblərinə təqdim olundu

Kapital Bank-ın təhsil işçilərinə unikal imkanlar yaradan TəhsilPlus kartı ilk sahiblərinə təqdim olundu
06.03.2026 11:28

Daha öncə məlumat verdiyimiz kimi, Kapital Bank, Təhsilin İnkişafı Fondu və “Mastercard” qlobal texnologiya şirkətinin birgə təşkilatçılığı ilə təhsil işçiləri üçün TəhsilPlus layihəsinə start verilib. Təqdimatı ötən il başlanılan layihənin hazırlıq mərhələsi artıq yekunlaşıb. Təhsil müəssisələrində fəaliyyət göstərən şəxslərə müxtəlif güzəşt və imtiyazlar təqdim edən TəhsilPlus kartı ilk olaraq 2022-2025-ci illərdə keçirilən sertifikatlaşdırma imtahanlarında yüksək nəticə göstərən, fəaliyyətləri ilə seçilən müəllimlərə təqdim edilib. Qeyd edək ki, layihə təhsilin bütün pillələri üzrə çalışan 450 minə yaxın pedaqoji və inzibati heyəti əhatə edir.  TəhsilPlus təhsil işçilərinə əməkhaqqı, debet və giriş kartı olmaqla 3 funksiyanı 1 kartda təqdim edir. 

Təqdimetmə mərasiminin baş tutduğu tədbirdə aidiyyatı dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər. Tədbirdə açılış nitqi ilə çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli bildirib ki, Fond fəaliyyətini dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi, innovativ layihələrin təşviqi və təhsil müəssisələrinin davamlı dəstəklənməsi prinsipləri əsasında qurur. Onun sözlərinə görə, TələbəPlus kartından sonra TəhsilPlus kartının istifadəyə verilməsi bu strategiyanın davamıdır və təhsil işçiləri üçün vahid, çoxfunksional həll təqdim edir.

 

Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə isə çıxışında təhsil sahəsinə göstərilən dəstəyin bankın əsas prioritetlərindən biri olduğunu vurğulayıb. “Müasir dövrdə maliyyə alətləri sadəcə ödəniş vasitəsi deyil, gündəlik həyatın rahatlığını təmin edən funksional platformadır. TəhsilPlus kartı vasitəsilə təqdim etdiyimiz güzəştlər, bonus imkanları və tərəfdaş şəbəkəsi müəllimlərimizin gündəlik həyatına real töhfə verəcək. Bu layihənin ən önəmli tərəflərindən biri isə onun dövlət-özəl tərəfdaşlığı modeli əsasında qurulmasıdır. Biz inanırıq ki, dayanıqlı inkişaf yalnız birgə əməkdaşlıq nəticəsində mümkündür. Bizim məqsədimiz sadəcə kart təqdim etmək deyil, eyni zamanda təhsil işçiləri üçün vahid, çoxfunksiyalı və uzunmüddətli həll yaratmaqdır”.

 

“Mastercard”ın Biznes inkişafı üzrə vitse-prezidenti Engin Yaşar isə qeyd edib: “Biz inanırıq ki, innovasiya maliyyə inklüzivliyi ilə paralel şəkildə inkişaf etməlidir. TəhsilPlus kartı rəqəmsal texnologiyaların təhsil işçilərini təhlükəsiz, çoxfunksiyalı və gələcəyə yönəlik həllərlə gücləndirərək real və davamlı təsir yaradır. Azərbaycanda güclü tərəfdaşlıqlar vasitəsilə biz maliyyə inklüzivliyini dəstəkləməyə və müasir ödəniş ekosistemlərinə çıxışı genişləndirməyə davam edirik”. 

 

Rəsmi hissənin ardından TəhsilPlus kartının tanıtım çarxı nümayiş olunub. Çarxda kartın dizaynı, funksionallığı, tərəfdaş şəbəkəsi üzrə təqdim edilən güzəşt və bonus imkanları, həmçinin “Mastercard Priceless Specials” proqramı çərçivəsində tətbiq olunan endirimlər əks etdirilib.

 

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – //kbl.az/prcrc

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda yaşayış binasında partlayış baş verib
Cəmiyyət 19:09
Sumqayıtda yaşayış binasında partlayış baş verib
Ötən gün 24 mindən çox çətənə kolu məhv edilib
Cəmiyyət 17:58
Ötən gün 24 mindən çox çətənə kolu məhv edilib
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Cəmiyyət 16:30
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Flora Kərimova xəstəxanadan evə buraxılıb
Cəmiyyət 16:06
Flora Kərimova xəstəxanadan evə buraxılıb
Məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi keçirilib
Cəmiyyət 15:53
Məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi keçirilib
Füzulidə 15 yaşlı yeniyetmə su kanalında boğulub
Cəmiyyət 14:01
Füzulidə 15 yaşlı yeniyetmə su kanalında boğulub
MEDİA: Bəzi saytlar DİM-in statistik məlumatlarını şişirdilmiş başlıqlarla təqdim edib
Cəmiyyət 13:56
MEDİA: Bəzi saytlar DİM-in statistik məlumatlarını şişirdilmiş başlıqlarla təqdim edib
Sabahın hava proqnozu
Cəmiyyət 13:10
Sabahın hava proqnozu
Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub
Cəmiyyət 11:07
Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol