Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 189 min ABŞ dolları dəyərində 529 ton kartof ixrac edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 136 min ABŞ dolları (3,5 dəfə) , həcm baxımından isə 351 ton ( 3 dəfə) çoxdur.
Hesabat dövründə kartof ixracından əldə edilən gəlir Azərbaycanın ixrac gəlirlərində cüzi paya malik olub.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 23,1 % azalıb, idxal isə 37,2 % azalıb.
Son xəbərlər
Daha çox