• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb


Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
25.03.2026 11:10

Bu ilin yanvar ayında Azərbaycandan Türkiyəyə ümumilikdə 1 milyard 037,49 milyon kubmetr təbii qaz ixrac edilib.

Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Məlumata görə, bu, 2025-ci ilin ilk ayı ilə müqayisədə 29,96 % çoxdur.

Bununla da yanvarda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən üçüncü ölkə olub. Həmin ay Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 13,43 %-i Azərbaycanın payına düşüb.

Xatırladaq ki, ötən ilin yanvar ayında Azərbaycan Türkiyəyə 798,34 milyon kubmetr təbii qaz ixrac edib.

Bu ilin yanvar ayında Türkiyə ümumilikdə 7 milyard 723,22 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2025-ci ilin eyni aylarının göstəricisi ilə müqayisədə 18,94 % çoxdur.

Yanvar ayında Türkiyəyə 3 milyard 870,99 milyon kubmetr qaz boru kəməri vasitəsilə ixrac olunub (50,12 %), 3 milyard 852,23 milyon kubmetr isə (49,88 %) mayeləşdirilimiş təbii qazın (LNG) payına düşüb.

Yanvarda Türkiyəyə qaz ixracına görə birinci yeri ABŞ tutub. Ay ərzində ABŞ-dən Türkiyəyə 2 milyard 755,38 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2025-ci ilin ilk ayı ilə müqayisədə 74,75 % çoxdur.

Yanvar ayında ikinci yerdə Rusiya qərarlaşıb. Bu ölkə həmin ay Türkiyəyə 2 milyard 703,45 milyon kubmetr qaz nəql edib. 2025-ci ilin ilk ayı ilə müqayisədə Rusiyadan Türkiyəyə qaz nəqli 2,8 % azalıb.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın "Şahdəniz" yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb

Nyu-York birjasında təbii qazın qiyməti artıb
İqtisadiyyat 11:19
Nyu-York birjasında təbii qazın qiyməti artıb


Qara metal idxalı ixracı 13 dəfə üstələyib
İqtisadiyyat 17:05
Qara metal idxalı ixracı 13 dəfə üstələyib

Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
İqtisadiyyat 16:02
Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb

Ölkədə kərə yağı istehsalı 10% azalıb
İqtisadiyyat 13:25
Ölkədə kərə yağı istehsalı 10% azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol