"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
Dünya bazarında Azeri Light markalı Azərbaycan neftinin bir bareli 3,81 ABŞ dolları və ya 3,07 % artaraq 128,05 ABŞ dolları səviyyəsinə yüksəlib. Bu barədə “Report”a neft bazarındakı mənbə məlumat verib.
Hərrac nəticələrinə görə, Brent markalı neftin may fyuçerslərinin qiyməti 123,49 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanı bazasında FOB qiymətləndirməyə görə "Azeri Light" neftinin bir bareli 3,61 ABŞ dolları və ya 3,07 % artaraq 121,05 ABŞ dolları olub.
Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları nəzərə alınıb.
“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub. Bu neft Azəri-Çıraq-Günəşli yataqlar blokunun işlənməsi müqaviləsi çərçivəsində hasil edilir və müqavilədə SOCAR-ın payı 31,65 % təşkil edir.
Son xəbərlər
Daha çox