• $
  • £

Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
03.04.2026 15:09

 

Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Bankçılıq Mükafatları – 2025”in qalibləri müəyyən olunub. Kapital Bank 7 nominasiyada mükafata layiq görülüb.

ABA-nın 35 illik yubileyinə təsadüf edən qiymətləndirmənin nəticələrinə əsasən, Kapital Bank “Korporativ sosial məsuliyyət”, “Maliyyə savadlılığı dəstəkçisi”, “Təhsil dəstəkçisi”, “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, “Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi”, “Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə layihələri” və “Beynəlxalq əməkdaşlığın inkişafında fərqlənən bank” nominasiyaları üzrə qalib olub.

Qeyd edək ki, Kapital Bank ötən il ərzində bu istiqamətlərin hər biri üzrə məqsədyönlü və davamlı layihələr həyata keçirib. Bankın korporativ sosial məsuliyyət təşəbbüsləri, maliyyə savadlılığının artırılmasına və təhsilə dəstəyi, sahibkarlığın inkişafına töhfələri, rəqəmsal ödənişlər sahəsində innovativ yanaşmaları və təhlükəsizlik üzrə maarifləndirmə fəaliyyəti, eləcə də beynəlxalq əməkdaşlıq istiqamətində atdığı addımlar onun uzunmüddətli inkişaf strategiyasının əsas prioritetlərini təşkil edir.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul kreditiBirbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz. 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!

"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb
İqtisadiyyat 10:50
"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb


Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
İqtisadiyyat 09:45
Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
Qızıl və gümüş ucuzlaşır
İqtisadiyyat 09:34
Qızıl və gümüş ucuzlaşır

“WTI” markalı neftin qiyməti 111 dolları ötüb
İqtisadiyyat 09:11
“WTI” markalı neftin qiyməti 111 dolları ötüb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:09
Bu günə olan məzənnə açıqlanıb
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
İqtisadiyyat 14:58
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol