İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İsrailin Beyrutda həyata keçirdiyi zərbələr nəticəsində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir neçə üzvü öldürülüb. Bu barədə Livanın MTV telekanalı məlumatlı mənbəyə istinadən xəbər verib.
Məlumata görə, həmin SEPAH üzvləri Livanda fəaliyyət göstərir və “Hizbullah”ın əməliyyatlarını əlaqələndirirdilər. Zərbələr aprelin 8-də endirilib.
İsrail ordusu ayrıca açıqlamada bildirib ki, 91-ci diviziya ilə birlikdə Livanın cənubunda “Hizbullah”a qarşı əməliyyatlar davam etdirilir.
Hərbi qurumun məlumatına görə, son bir həftə ərzində 40-dan çox “Hizbullah” üzvü öldürülüb və 50-dən çox infrastruktur obyekti məhv edilib. Hava zərbələri həmçinin sursat anbarlarını və digər hədəfləri vurub.
Məlumatlar müstəqil şəkildə təsdiqlənməyib.
N.Təbrizli